Lavrovdan Ermənistana XƏBƏRDARLIQ: “Qərbin niyyətlərinin arxasında nə dayandığını anlayırlar”backend

Lavrovdan Ermənistana XƏBƏRDARLIQ: “Qərbin niyyətlərinin arxasında nə dayandığını anlayırlar”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Brüssel və Vaşinqtonun niyyətlərinin arxasında nə dayandığını anlayır.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov məlumat yayıb.

Rusiya XİN rəhbəri Sergey Lavrov Ermənistanın Qərblə olan münasibətlərinə dair diqqətçəkən açıqlama ilə çıxış edib.

O, İrəvanın Brüssel və Vaşinqtonun regiondakı fəaliyyətlərinin əsl məqsədlərindən xəbərdar olduğuna inandığını bildirib.

Lavrov qeyd edib ki, Ermənistan tərəfi Qərb paytaxtlarının “xoş niyyətli” bəyanatlarının və təşəbbüslərinin arxasında hansı gizli məqsədlərin dayandığını çox yaxşı başa düşür.

O, bu açıqlaması ilə Ermənistan rəhbərliyinə dolayısı ilə xəbərdarlıq edərək, Qərbin regionda artan təsirinin mümkün fəsadlarına diqqət çəkib.

Xuraman Etibarlı

İnterpress.az