NCAG-ın yeni loqosu QALMAQAL YARATDI: İsrail və Fələstindən SƏRT REAKSİYA – FOTObackend

NCAG-ın yeni loqosu QALMAQAL YARATDI: İsrail və Fələstindən SƏRT REAKSİYA – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NCAG loqosunun dəyişdirilməsi ilə bağlı mübahisə yaranıb.

İnterpress.az xəbər verir ki, bu barədə İsrail Baş nazirinin dəftərxanası məlumat yayıb.

Qəzza Zolağının İdarəedilməsi üzrə Milli Komitə (NCAG) öz loqosunu yeniləyib.

Yeni loqonun Fələstin Administrasiyasının rəsmi simvoluna bənzəməsi həm İsrailin, həm də Fələstin Muxtariyyətinin ciddi narazılığına səbəb olub.

İsrail Baş nazirinin dəftərxanasından bildirilib ki, NCAG-ın Rəfah keçid məntəqəsinin açılışı ilə bağlı sənəddə dərc etdiyi loqo, əvvəllər İsrail tərəfinə təqdim olunan versiyadan tamamilə fərqlənir.

İsrail tərəfi bəyan edib ki, Fələstin Administrasiyasının simvolundan istifadə olunmasına qətiyyən razılıq verməyəcək. Həmçinin vurğulanıb ki, administrasiya Qəzzanın idarə olunmasında iştirak etməyəcək.

Digər tərəfdən, Fələstin Muxtariyyəti də loqo dəyişikliyindən hiddətlənib, lakin onların səbəbi fərqlidir.

Belə ki, administrasiyanın rəsmi rəmzində “Fələstin Dövləti” yazıldığı halda, komitənin loqosunda “Qəzza Zolağının İdarəedilməsi üzrə Milli Komitə” ifadəsi işlədilib.

“Fələstin” sözünün loqodan çıxarılması muxtariyyət tərəfindən “vətənin birliyinin inkar edilməsi” kimi qiymətləndirilib.

Xuraman Etibarlı

İnterpress.az