İnterpress.az- xəbər verir ki, yarışın dağ mərhələsi sayılan 2-ci günündə komandamızın üzvü Kiril Pozdnyakov finiş xəttini 2-ci keçib. 170 km məsafəni İtaliyanın \”Unieuro Wilier\” komandasının üzvü Mauro Finetto ilə eyni vaxtda qət edən təmsilçimiz fotofinişə əsasən 2-ci olub – 4 saat, 21 dəqiqə, 46 saniyə. Bu nəticə ilə Kiril Pozdnyakov ümumi təsnifatda böyük sıçrayış edərək 3-cü yerə yüksəlib. 23 komandanın çıxış etdiyi yarışda \”Synergy Baku\” Maksim Averin, Elçin Əsədov, Samir Cəbrayılov, Aleksandr Surutkoviç və Kiril Pozdnyakovla təmsil olunur. Bu gün keçirilən 3-cü mərhələdə iştirakçılar yarışın ən uzun məsafəsini qət edəcəklər – 193 km. Sayca 60-cı dəfə keçiriən Slovakiya Turuna iyunun 12-də yekun vurulacaq.
İnterpress.az