Nyu-Yorkda antisemitizmlə mübarizə idarəsinə yeni rəhbər təyin edilib.
İnterpress.az xəbər verir ki, bu barədə “The Times of Israel” nəşri məlumat yayıb.
Nyu-York meri Mamdani mütərəqqi yəhudi təşkilatı olan “New York Jewish Agenda”nın rəhbəri Filisa Uizdomu Antisemitizmlə Mübarizə İdarəsinin rəhbəri vəzifəsinə təyin edib.
Filisa Uizdom bu məlumatı nəşrə verdiyi müsahibəsində təsdiqləyib.
Meriya binasında yerləşən bu idarə şəhər qurumlarında antisemitizm hallarına qarşı cavab tədbirlərini koordinasiya edir.
Qeyd edək ki, bu qurum ötən il sabiq mer Erik Adams tərəfindən təsis edilib. Yeni merin fəaliyyətə başlamasından sonra idarəyə müvəqqəti olaraq ravvin Moşe Devis rəhbərlik edirdi.
Yeni rəhbərin təyinatı məsələsi bir neçə həftə idi ki, müzakirə olunurdu.
Filisa Uizdom 2023-cü ildən “New York Jewish Agenda” təşkilatına rəhbərlik edir.
Maraqlıdır ki, sionist təşkilat kimi tanınan bu qurum Netanyahu hökumətinə qarşı çıxsa da, eyni zamanda mer Mamdaninin dəstəklədiyi İsrailə qarşı boykot və sanksiya (BDS) kampaniyalarına da müxalifdir.
Xuraman Etibarlı
İnterpress.az






