Deyr-əz-Zorda SDQ ilə razılaşmadan sonra ilk dəfə Suriya bayrağı ucaldılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Suriya mətbuatı məlumat yayıb.
Bu gün Deyr-əz-Zor şəhərindəki Salama dairəsində Suriya Demokratik Qüvvələri (SDQ) ilə əldə olunmuş razılaşmanın icrası çərçivəsində ilk dəfə Suriya bayrağı qaldırılıb.
Təntənəli mərasimdə Deyr-əz-Zor valisi Qassan əs-Seyid Əhməd iştirak edib.
Tədbir gücləndirilmiş hərbi nəzarət altında keçirilib. Mərasim zamanı helikopterlərin aşağı hündürlükdə həyata keçirdiyi manevrlər diqqət çəkib.
Bu addım SDQ ilə əldə olunmuş sazişin həyata keçirilməsinin bariz nümunəsi kimi qiymətləndirilir.
Xuraman Etibarlı
İnterpress.az






