İranın raket gücü ABŞ-nin təcavüzünə sarsıdıcı cavab verəcək.
İnterpress.az xəbər verir ki, bu barədə Tehran Universitetinin professoru Seyid Mərəndi məlumat yayıb.
Seyid Mərəndi ABŞ ilə hər hansı əməkdaşlığın qeyri-mümkün olduğunu vurğulayaraq bildirib ki, Vaşinqton gec-tez həmişə xəyanət edir.
Professor qeyd edib ki, “Epşteyn faylları” ABŞ-də əslində nələrin baş verdiyini anlamağa kömək edir və bu qalmaqal İranla ABŞ, eləcə də digər təşkilatlarla Vaşinqton arasında yaxınlaşmaya heç bir töhfə verməyəcək.
Onun sözlərinə görə, İran hazırda ABŞ ilə mümkün hərbi münaqişəyə daha yaxşı hazırlaşıb.
Tehran ABŞ-nin İraqa müdaxiləsindən bəri öz hərbi, xüsusən də raket potensialını davamlı olaraq artırıb.
Mərəndi hazırda bölgədə İrana qarşı yönəlmiş bəzi təhdidləri “pərdəarxası oyun” adlandırıb.
Professor vurğulayıb ki, İranın əsl düşməni İsrail deyil, məhz ABŞ-dir.
O xəbərdarlıq edib ki, əgər ABŞ tərəfindən hər hansı təcavüz və ya birbaşa hərbi müdaxilə baş verərsə, bu, qaçılmaz olaraq total müharibəyə çevriləcək.
Xuraman Etibarlı
İnterpress.az






