ABŞ-dən İordaniyaya yeni HƏRBİ DƏSTƏK: 6 ədəd F-35 qırıcısı YOLA DÜŞDÜ – FOTObackend

ABŞ-dən İordaniyaya yeni HƏRBİ DƏSTƏK: 6 ədəd F-35 qırıcısı YOLA DÜŞDÜ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ bölgəyə 6 ədəd F-35 qırıcısı göndərib.

İnterpress.az xəbər verir ki, bu barədə beynəlxalq monitorinq resursları və hərbi mənbələr məlumat yayıb.

ABŞ-nin 6 ədəd F-35 qırıcı təyyarəsi İngiltərədən havaya qalxaraq İordaniyadakı Müvəffəq Salti aviabazasına doğru istiqamət alıb.

Bu addım ABŞ-nin regiondakı hərbi qüvvələrini artırmaq strategiyasının tərkib hissəsi kimi qiymətləndirilir.

Məlumata görə, bölgədə hərbi potensialın gücləndirilməsi prosesi davam edir.

Sözügedən qırıcıların İordaniyadakı bazada yerləşdirilməsi ABŞ-nin Yaxın Şərqdəki əməliyyat imkanlarını genişləndirmək məqsədi daşıyır.

Xuraman Etibarlı

İnterpress.az