Rusiya Google-u tamamilə bloklamağa hazırdır.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının deputatı Andrey Svintsov məlumat yayıb.
Rusiyada “Google” xidmətlərinin tamamilə bloklanması üçün bütün texniki imkanlar hazırdır.
Deputat Andrey Svintsovun qənaətinə görə, texniki baxımdan bu addımı artıq indi də atmaq mümkündür. Lakin “Roskomnadzor” bu qərarı bir qədər təxirə sala bilər.
Məlumata görə, qurumun qərarı gecikdirməsinin səbəbi şirkətin nə vaxtsa ölkəyə qayıtma ehtimalı və yığılıb qalmış astronomik borcların tutulması gözləntisidir.
Hazırda “Google”un Rusiyaya olan borcu 91,5 kvintilyon rubl (təxminən 1,647 kvintilyon manat) həcmində qiymətləndirilir.
Bununla belə, deputat vurğulayıb ki, bu qədər nəhəng məbləği heç kim heç vaxt ödəməyəcək.
Xuraman Etibarlı
İnterpress.az






