İtalyan deputat Avropanı ikiüzlülükdə ittiham edib.
İnterpress.az xəbər verir ki, bu barədə Avropa Parlamentinin italyan üzvü İzabella Tovalyeri (Isabella Tovaglieri) məlumat yayıb.
Avropa Parlamentində çıxış edən İzabella Tovalyeri Avropanın xarici siyasətindəki ikili standartları sərt tənqid edib.
O bildirib ki, Avropa dövlətləri Fələstin məsələsi fonunda mütəmadi olaraq İsrailə qarşı kəskin və tənqidi münasibət sərgilədiyi halda, İranda baş verən dəhşətli hadisələrə eyni dərəcədə reaksiya vermir.
Deputatın sözlərinə görə, İranın İslam rejimi tərəfindən azadlıq naminə ayağa qalxan öz vətəndaşlarına qarşı törədilən kütləvi qırğınlar və repressiyalar tamamilə görməzdən gəlinir.
Tovalyeri vurğulayıb ki, insan hüquqları və ədalətdən dəm vuran Avropa rəsmilərinin bir tərəfdə (İsrail məsələsində) sərt, digər tərəfdə (İran məsələsində) isə susqun mövqe tutması siyasi ikiüzlülüyün bariz göstəricisidir.
Xuraman Etibarlı
İnterpress.az






