ABŞ İranın şərtlərini qəbul etdi və danışıqlar tələb edib.
İnterpress.az xəbər verir ki, bu barədə İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Naboyan məlumat verib.
O bildirib ki, ABŞ tərəfi görüş tələb edib və Tehranın irəli sürdüyü şərtləri qəbul edib.
Razılaşdırılmış şərtlərə yalnız nüvə məsələləri üzrə danışıqların aparılması, İranın uranı zənginləşdirmə hüququnun tanınması və görüş məkanı olaraq Omanın seçilməsi daxildir.
Naboyan əlavə edib ki, İran tərəfi birbaşa olmayan (dolayısı ilə) danışıqlarda israr edir:
“İran danışıqlarda israrlıdır, lakin eyni zamanda hər an cavab verməyə hazırdır və əlini tətikdə saxlayır”.
Xatırladaq ki, bir qədər əvvəl ABŞ Prezidenti Donald Tramp jurnalistlərə verdiyi bəyanatda İslam Respublikası ilə razılaşmanın bir ay ərzində imzalana biləcəyini ehtimal etmişdi.
Ağ Ev rəhbəri qeyd etmişdi ki, əks təqdirdə İranı “çox çətin günlər” gözləyir.
Xuraman Etibarlı
İnterpress.az






