ABŞ İspaniya ilə ticarət əlaqələrini dayandırıb.
İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Birləşmiş Ştatlar İspaniya ilə ticarəti dayandırmaq qərarına gəlib. Bu kəskin addım Madridin ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarında iştirak edən Amerika aviasiyası üçün öz hərbi hava bazalarını təqdim etməkdən imtina etməsi ilə əlaqədardır.
Vaşinqton İspaniyanın bu mövqeyini strateji tərəfdaşlığa və müttəfiqlik münasibətlərinə zərbə kimi qiymətləndirib.
Ekspertlər bildirirlər ki, ticarət əlaqələrinin dayandırılması hər iki ölkə arasında diplomatik böhranı daha da dərinləşdirə bilər.
Hazırda İspaniya tərəfinin bu qərara necə reaksiya verəcəyi dünya ictimaiyyəti tərəfindən yaxından izlənilir.
Xuraman Etibarlı
İnterpress.az






