Türkiyə yığması çempionata məğlubiyyətlə başladıbackend

Türkiyə yığması çempionata məğlubiyyətlə başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

12 iyunda futbol üzrə Avropa çempionatının \”C\” və \”D\” qruplarında üç oyun keçirilib. Günün ilk görüşündə Parisdə \”Park de Prens\” stadionunda Türkiyə və Xorvatiya milli komandaları qarşılaşıblar.

Oyunun 41-ci dəqiqəsində xorvatiyalı Luka Modriçin vurduğu qol oyunda yeganə olub və Xorvatiya millisi Avropa çempionatına qələbə ilə başlayıb. \”D\”qrupunda ikinci qarşılaşması bu gün İspaniya və Çexiya milli komandaları arasında baş tutacaq.

\”C\” qrupunda ilk oyun Polşa və turnirin debütantı Şimali İrlandiya milli komandaları arasında keçirilib. Nitsa şəhərindəki \”Allyanz Rivyera\” stadionunda baş tutan qarşılaşmada hesabı 51-ci dəqiqədə Polşa millisinin üzvü Arkadiuz Milik açıb. Oyunda bundan başqa qol olmayıb və \”qırmızı-ağlar\” minimal hesablı qələbə qazanıblar.

Türkiyə yığması çempionata məğlubiyyətlə başladı

Türkiyə – Xorvatiya

Bu qrupun ikinci və günün son görüşü isə Lil şəhərindəki \”Pyer –Morua\” stadionunda Almaniya və Ukrayna yığma komandaları arasında baş tutub. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən qarşılaşmada sevinən tərəf Almaniya millisi olub. Əvvəlcə matçın 19-cu dəqiqəsində Şkodran Mustafi almanları hesabda irəli çıxarıb. Görüşün əsas vaxtına əlavə edilmiş 2-ci dəqiqədə isə Bastyan Şvaynştayqer oyunda son nöqtəni qoyub – 2:0. (ans)

İnterpress.az

https://youtube.com/watch?v=KIjkvXjWMFg