Rusiya və Belarus taktiki nüvə təlimlərinə BAŞLADIbackend

Rusiya və Belarus taktiki nüvə təlimlərinə BAŞLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya və Belarus taktiki nüvə silahlarının tətbiqi ilə bağlı birgə təlimlərə başlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyi məlumat yayıb.

Rusiya və Belarus silahlı qüvvələri taktiki nüvə silahlarının tətbiqi ilə bağlı birgə təlimlərə start verib.

Təlimlərin əsas məqsədləri kimi şəxsi heyətin hazırlıq səviyyəsinin təkmilləşdirilməsi, silah və texnikanın döyüşə hazır vəziyyətinin yoxlanılması, həmçinin planlaşdırılmamış ərazilərdən döyüş tətbiqinin təşkili müəyyən edilib.

Belarus Müdafiə Nazirliyinin açıqlamasında qeyd olunur ki, manevrlər çərçivəsində qoşunların qarşılıqlı fəaliyyəti və idarəetmə bacarıqlarının inkişaf etdirilməsi əsas hədəfdir.

Təlimlərin Rusiya və Belarusun müdafiə qabiliyyətinin gücləndirilməsi çərçivəsində keçirildiyi vurğulanır.

Xuraman Etibarlı

İnterpress.az