İndoneziyada hantavirus təhlükəsi: Cakarta rəsmilərindən ciddi XƏBƏRDARLIQbackend

İndoneziyada hantavirus təhlükəsi: Cakarta rəsmilərindən ciddi XƏBƏRDARLIQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İndoneziyada hantavirusa yoluxma hallarının artması ilə bağlı sanitariya nəzarəti gücləndirilib.

İnterpress.az xəbər verir ki, bu barədə Cakarta şəhər Səhiyyə İdarəsinin rəhbəri Ani Ruspitavati məlumat yayıb.

Cakarta şəhərində hantavirusa üç təsdiqlənmiş və altı şübhəli yoluxma halının qeydə alınmasından sonra İndoneziya hakimiyyəti ölkədə sanitariya-karantin tədbirlərini sərtləşdirib.

Məlumata görə, virusun yayılmasının qarşısını almaq üçün paytaxtın tibb müəssisələrində nəzarət gücləndirilib və profilaktik işlər genişləndirilib.

Səhiyyə rəsmiləri əhalini gigiyena qaydalarına ciddi əməl etməyə və virusa yoluxma şübhəsi olduqda dərhal həkimə müraciət etməyə çağırıb.

Xuraman Etibarlı

İnterpress.az