Kriştiano Ronaldo Səudiyyə Ərəbistanında ilk kubokunu qazanıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Əl-Nəsr” klubunun rəsmi məlumatı yayılıb.
Portuqaliyalı dünya ulduzu Kriştiano Ronaldonun formasını geyindiyi “Əl-Nəsr” klubu Səudiyyə Ərəbistanı Pro-Liqasının qalibi olub.
2025/2026 mövsümünün həlledici matçında “Damak” komandası ilə qarşılaşan “Əl-Nəsr” rəqibini 4:1 hesabı ilə darmadağın edərək çempionluq kubokuna sahib çıxıb.
Bu qələbə Ronaldonun Səudiyyə Ərəbistanına transfer olunduqdan sonra yerli çempionatda qazandığı ilk rəsmi titul olub.
Komandanın mövsüm boyu nümayiş etdirdiyi stabil oyun və Ronaldonun liderliyi çempionluqda həlledici rol oynayıb.
Xuraman Etibarlı
İnterpress.az






