Rusiya Ermənistandan balıq idxalını məhdudlaşdırıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Rosselxoznadzor” məlumat yayıb.
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Ermənistandan canlı balıq və balıq məhsullarının idxalına məhdudiyyət qoyub.
Qurum Ermənistanın müvafiq dövlət orqanından iyunun 2-dən etibarən bu növ məhsulların Rusiyaya ixracı üçün sertifikatlaşdırmanı müvəqqəti olaraq dayandırmağı tələb edib.
Bu qərar Ermənistandakı müəssisələrdə aparılan yoxlamalardan sonra qəbul edilib. İnspeksiyanın nəticələri “qeyri-qənaətbəxş” kimi qiymətləndirilib.
Məhdudiyyətlərin nə vaxta qədər qüvvədə qalacağı və nöqsanların aradan qaldırılması üçün görüləcək tədbirlər barədə əlavə məlumat verilməyib.
Xuraman Etibarlı
İnterpress.az






