Rep musiqisi dünyasının tanınmış siması Aishe vəfat edib.
İnterpress.az xəbər verir ki, bu barədə sənətçinin yaxınları məlumat yayıb.
Rep musiqisi aləmində “Aishe” təxəllüsü ilə tanınan Tuğçe Ayşe Gülərin vəfat etdiyi açıqlanıb.
Kədərli xəbəri sosial şəbəkə hesabında paylaşan müğənninin bacısı onun ölümü ilə bağlı şok iddia irəli sürüb.
O, sənətçinin həkim səhlənkarlığı nəticəsində dünyasını dəyişdiyini ehtimal edir.
Mərhumun ölümü ilə bağlı digər təfərrüatlar hələlik açıqlanmır.
İfaçının ailəsi baş vermiş hadisə ilə bağlı hüquqi araşdırmaların aparılmasını tələb edir.
Xuraman Etibarlı
İnterpress.az






