Pişiklər 100-ə qədər sözü başa düşür, lakin sizi qəsdən görməzdən gəlirlər.
İnterpress.az xəbər verir ki, bu barədə yeni elmi araşdırmada məlumat verilib.
Mütəxəssislər pişiklərin düşündüyümüzdən daha ağıllı olduğunu aşkar ediblər. Məlum olub ki, ev pişikləri 100-ə qədər sözü, o cümlədən öz adlarını, “olmaz”, “yemək” və “gəzmək” kimi əmrləri, hətta insanın danışıq intonasiyasını belə mükəmməl anlayırlar.
Buna baxmayaraq, pişiklərin itlərdən fərqli olaraq insana xoş gəlmək və ya onu məmnun etmək kimi bir arzusu yoxdur.
Araşdırmalar göstərir ki, pişiklər sizi mükəmməl eşidirlər, lakin yalnız öz maraqlarına uyğun olduqda və ya onlara fayda verəcəyi halda reaksiya verirlər. Yəni, bir çox hallarda onlar sizi qəsdən görməzdən gəlirlər.
Mütəxəssislər qeyd edirlər ki, bu davranış pişiklərin müstəqil təbiəti ilə bağlıdır və onların sahibinə etinasızlığı yalnız öz “şəxsi seçimləridir”.
Xuraman Etibarlı
İnterpress.az






