Bakı Enerji Forumunun ikinci günü işinə başlayıbbackend

Bakı Enerji Forumunun ikinci günü işinə başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

31-ci “Bakı Enerji Həftəsi” çərçivəsində aparıcı və strateji enerji dialoqu məkanı hesab olunan Bakı Enerji Forumunun ikinci günü işinə başlayıb.

İnterpress.az xəbər verir ki, forumun ikinci günündə “Liderlərin çıxışları: Enerji transformasiyası və gələcək strategiyaları mövzusunda liderlərin mövqeyi”, potensialın artırılmasına dair sessiyalar, “Enerji səmərəliliyi və ESCO investisiya platforması: Qlobal ESCO təcrübəsinin Azərbaycanın iri enerji istehlakçıları ilə əlaqələndirilməsi”, “Qaz sessiyası — bazarlar, nəqliyyat marşrutları və geopolitika”, “Enerji körpüləri: Yaşıl enerjidən regional inteqrasiyaya” mövzuları müzakirə olunacaq.

Bakı Enerji Forumuna Azərbaycan Respublikasının Energetika Nazirliyi dəstək göstərir, Dövlət Neft Şirkəti (SOCAR) isə baş tərəfdaş qismində çıxış edir.

Qeyd edək ki, Bakı Konqres Mərkəzində təşkil edilən forumda ümumilikdə 600-dək nümayəndənin iştirak etməsi gözlənilir. İştirakçılar siyahısına Azərbaycanla yanaşı, Almaniya, ABŞ, BƏƏ, Böyük Britaniya, Çin, Estoniya, Fransa, İsveçrə, İtaliya, Macarıstan, Niderland, Norveç, Rumıniya, Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə, Yaponiya və digər ölkələrdən olan şirkətlər daxildir. Bu il forumun proqramında dünyanın müxtəlif ölkələrini və fərqli enerji sahələrini təmsil edən 60-dək spiker yer alır.