Havadan gələn TƏHLÜKƏ: Dron qadının başına düşərək XƏSARƏT YETİRDİ – VİDEObackend

Havadan gələn TƏHLÜKƏ: Dron qadının başına düşərək XƏSARƏT YETİRDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çində dron qadının başına düşüb, saçlarına dolaşaraq ağır xəsarət yetirib.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Çində pilotsuz uçuş aparatlarının (dron) insanlar üçün yaratdığı yeni təhlükə faktı qeydə alınıb. Şəhərdə gəzintiyə çıxan bir qadının başına havadan dron düşüb.

Pərləri qadının saçlarına dolaşan texnika onun baş dərisində dərin kəsiklərə səbəb olub.

Xilasedicilərin qadını bu vəziyyətdən xilas etməsi təxminən üç saat çəkib. Nəticədə, qadın nəinki xəsarət alıb, həm də saçlarının əhəmiyyətli bir hissəsini itirməli olub.

Bu hadisə dronların sıx məskunlaşma olan ərazilərdə istifadəsi zamanı təhlükəsizlik qaydalarının daha ciddi şəkildə tənzimlənməsi zərurətini bir daha gündəmə gətirib.

Xuraman Etibarlı

İnterpress.az