İtkin düşən 11 nüvə alimindən biri TAPILDI: ABŞ-də MÜƏMMALI ÖLÜM – FOTObackend

İtkin düşən 11 nüvə alimindən biri TAPILDI: ABŞ-də MÜƏMMALI ÖLÜM – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-də itkin düşən 11 nüvə alimindən birinin qalıqları tapılıb.

İnterpress.az xəbər verir ki, bu barədə ştat polisi məlumat yayıb.

ABŞ-nin hüquq-mühafizə orqanları ölkə daxilində itkin düşmüş 11 nüvə alimindən birinin qalıqlarını aşkar edib.

Polis idarəsinin bəyanatına görə, söhbət keçən ilin iyun ayının 26-da itkin düşdüyü elan olunan Melisa Kasiasdan gedir.

Qeyd olunur ki, alim evini tərk edərkən bütün şəxsi əşyalarını geridə qoyub.

Hüquq-mühafizə orqanları hadisə ilə bağlı istintaqı davam etdirir.

Alimin yoxa çıxma səbəbləri və ölümü ilə bağlı təfərrüatlar araşdırılır.

Xuraman Etibarlı

İnterpress.az