Attraksionda QORXULU ANLAR: İki yeniyetmə kresloda SIXILIB QALDI – VİDEObackend

Attraksionda QORXULU ANLAR: İki yeniyetmə kresloda SIXILIB QALDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tuvada nasaz attraksionda iki yeniyetmə sıxılaraq qalıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Rusiyanın Tuva Respublikasında attraksion parkında xoşagəlməz hadisə baş verib. Nasazlıq səbəbindən iki yeniyetmə attraksionun kreslosunda sıxılaraq köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan xilasedicilər yeniyetmələri oradan çıxarıblar.

Onlardan biri xəstəxanaya yerləşdirilib, digərinə isə travmatologiya məntəqəsində ilkin tibbi yardım göstərilib.

Hazırda attraksionun texniki vəziyyəti yoxlanılır, insidentlə bağlı araşdırmalar aparılır.

Xuraman Etibarlı

İnterpress.az