İsrail ordusu HƏMAS-ın yüksək rütbəli komandirini MƏHV ETDİ – FOTObackend

İsrail ordusu HƏMAS-ın yüksək rütbəli komandirini MƏHV ETDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail ordusu 7 oktyabr hücumlarının və girovgötürmələrin iştirakçısını məhv edib.

İnterpress.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

İsrail ordusu Qəzza zolağının mərkəzi hissəsində keçirilən əməliyyat nəticəsində HƏMAS-ın xüsusi təyinatlı “Nuhba” bölməsinin komandir müavini Yusif Ayeş Avad Ramadana qarşı zərbə endirib. Məlumata görə, o, əməliyyat nəticəsində zərərsizləşdirilib.

İsrail tərəfinin bildirdiyinə görə, Ramadana 7 oktyabr 2023-cü il tarixində İsrailə edilən hücumda birbaşa iştirak edib və bir neçə İsrail vətəndaşının qaçırılmasında (girov götürülməsində) əli olub.

Qeyd olunur ki, o, son aylar ərzində İsrail hərbçilərinə və dinc sakinlərinə qarşı yeni hücumlar planlaşdırır, Qəzza zolağında fəaliyyət göstərən İsrail qüvvələri üçün bilavasitə təhlükə yaradırdı.

İsrail ordusu HƏMAS-ın rəhbər şəxslərinə və hücumların iştirakçılarına qarşı hərbi əməliyyatları davam etdirəcəyini bəyan edib.

Xuraman Etibarlı

İnterpress.az