İstanbulda saxlanılan narkobaron Niderlanda GÖNDƏRİLDİ – VİDEObackend

İstanbulda saxlanılan narkobaron Niderlanda GÖNDƏRİLDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstanbulda saxlanılan və 1,1 milyard türk lirəsi dəyərində aktivləri olan narkobaron Niderlanda ekstradisiya edilib.

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə hüquq-mühafizə orqanları məlumat yayıb.

İstanbulda keçirilən əməliyyat nəticəsində saxlanılan və 1,1 milyard türk lirəsi (təxminən 57 200 000 manat) dəyərində aktivlərə malik olan narkobaron Vilhelmus Adrianus Leydekkers Niderlanda təhvil verilib.

Beynəlxalq axtarışda olan şəxs Türkiyə və Niderlandın hüquq-mühafizə orqanları arasında əldə edilən razılaşmaya əsasən, hüquqi prosedurlar başa çatdıqdan sonra ekstradisiya edilib.

Leydekkersin saxlanılması beynəlxalq narkotik ticarəti ilə mübarizədə mühüm nailiyyət kimi qiymətləndirilir.

Xuraman Etibarlı

İnterpress.az