Küveyt hava limanı pilotsuz təyyarənin hücumu nəticəsində ciddi ziyan görüb və xəsarət alanlar var.
İnterpress.az xəbər verir ki, bu barədə Küveyt Müdafiə Nazirliyinin nümayəndəsi Səud əl-Atvan məlumat yayıb.
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın İrana qarşı həyata keçirdiyi hücumlara cavab olaraq, ABŞ-nin 5-ci donanmasının qərargahına zərbə endirdiyini bəyan edib.
Hücum nəticəsində hava limanının infrastrukturuna ciddi ziyan dəyib, yaralananların olduğu bildirilir.
Hadisə ilə əlaqədar uçuşlar təxirə salınıb və təyyarələr alternativ marşrutlara yönləndirilir.
Bundan əvvəl ABŞ İranın Qeşm adasındakı obyektlərinə zərbə endirib və Xark adasına getməyə çalışan bir neft tankerini hərəkətsiz hala gətirib.
“Press TV” isə SEPAH-a istinadən bildirib ki, buna cavab olaraq İran ABŞ ilə əlaqəli bir gəmiyə hücum edib.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) isə öz növbəsində bütün hücumların qarşısının alındığını və hədəflərin vurulduğunu iddia edib.
Regionda baş verən hərbi qarşıdurmalar dəniz və hava nəqliyyatının təhlükəsizliyini ciddi təhdid altına alır.
Xuraman Etibarlı
İnterpress.az






