ABŞ-də sərnişin uçuş zamanı stüardı boğmağa çalışıb.
İnterpress.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
ABŞ-də sərnişin təyyarəsində təhlükəli anlar yaşanıb. Sərnişinlərdən biri uçuş zamanı qeyri-adekvat hərəkətləri ilə sərnişinləri və heyət üzvlərini dəhşətə gətirib.
Məlumata görə, həmin şəxs bir neçə dəfə təyyarənin qəza çıxışının qapısını açmağa cəhd edib və pilotların kabinəsinə daxil olmağa çalışıb.
Heyət üzvləri ona mane olmağa çalışarkən, sərnişin stüardın üzərinə atılaraq onu boğmağa cəhd göstərib.
Təyyarə heyəti və digər sərnişinlərin köməyi ilə aqressiv sərnişin zərərsizləşdirilib.
Təyyarə təhlükəsiz şəkildə hava limanına eniş edib və həmin şəxs hüquq-mühafizə orqanlarına təhvil verilib.
Xuraman Etibarlı
İnterpress.az






