“Booking”dən SƏRT ADDIM: Yəhudilərə qadağa qoyan otel QARA SİYAHIYA DÜŞDÜ – FOTObackend

“Booking”dən SƏRT ADDIM: Yəhudilərə qadağa qoyan otel QARA SİYAHIYA DÜŞDÜ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bavariyada “Booking” yəhudiləri yerləşdirməkdən imtina edən oteli sistemdən silib.

İnterpress.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

Almaniyanın Bavariya əyalətində yerləşən “Zum Hirschen” otelində baş verən diskriminasiya halları böyük rezonans doğurub.

Belə ki, İsrailli turistlər “Booking.com” platforması vasitəsilə oteldə otaq bron etməyə çalışarkən onlara “Üzr istəyirik, yəhudilərin otelimizdə qalmasına icazə verilmir” cavabı gəlib.

Çexiya sərhədi yaxınlığındakı Lam şəhəri yaxınlığında yerləşən otellə bağlı şikayətdən sonra İsrailin Münhendəki Baş Konsulluğu məsələyə müdaxilə edib.

Nəticədə, “Booking.com” platforması həmin oteli xidmət siyahısından dərhal silib.

İlkin olaraq otel rəhbərliyi mesajın onlara aid olmadığını iddia etsə də, sonradan həmin mesajın otel əməkdaşlarından biri tərəfindən göndərildiyini etiraf edib.

İsrailin Münhendəki Baş konsulu Lador hadisəni “1930-cu illərə qayıdış” kimi qiymətləndirərək, “Booking”in qərarını alqışlayıb.

Hazırda iş Bavariya Ədliyyə Nazirliyinin antisemitizmlə mübarizə üzrə müvəkkilinə təhvil verilib, rəsmi orqanlar tərəfindən cinayət işinin açılması imkanı araşdırılır.

İnsident Almaniyada irqçilik və diskriminasiya ilə mübarizənin aktuallığını bir daha gündəmə gətirib.

Xuraman Etibarlı

İnterpress.az