Smolensk vilayətində sərxoş sürücü avtomobillərə kürək atmağa başlayıb.
İnterpress.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Rusiyanın Smolensk vilayətində “Baltiya” magistral yolunda qeyri-adi və təhlükəli insident qeydə alınıb. 44 yaşlı sürücü idarə etdiyi yolsuzluq avtomobili ilə yoldakı təhlükəsizlik baryerinə çırpılıb.
Qəzaya görə yol işçilərini günahlandıran sərxoş sürücü onlardan kürəyi alaraq, əvvəlcə onların xidməti mikroavtobusunun şüşələrini sındırıb, daha sonra isə yoldan keçən digər avtomobillərə kürək atmağa başlayıb.
Hadisə yerinə gələn polis və Rusiya Qvardiyasının (Rosqvardiya) əməkdaşları tərəfindən saxlanılan şəxs zərərsizləşdirilib.
Hazırda ona qarşı cinayət işinin başlanılması məsələsi həll edilir və hüquq-mühafizə orqanları məhkəmədən onun barəsində həbs-qətimkan tədbirinin seçilməsini tələb edib.
Yol hərəkəti təhlükəsizliyini kobud şəkildə pozan və digər sürücülərin həyatını təhlükəyə atan şəxsi ciddi cəzalar gözləyir.
Xuraman Etibarlı
İnterpress.az






