Fransada AĞIR QƏZA: 20-dən çox avtomobili əzildi, 37 yaralı var – VİDEObackend

Fransada AĞIR QƏZA: 20-dən çox avtomobili əzildi, 37 yaralı var – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın Antib şəhərində ağır qəza baş verib. Yük maşını 20-dən çox avtomobili əzib, 37 nəfər yaralanıb.

İnterpress.az xəbər verir ki, bu barədə “France 3” kanalı məlumat yayıb.

Fransanın cənubundakı Antib şəhərində kütləvi yol-nəqliyyat hadisəsi baş verib.

Şəhər yollarından birində yaranan tıxac zamanı idarəetməni itirən yük maşını 20-dən çox avtomobili əzib.

Hadisə nəticəsində 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Əraziyə dərhal xilasetmə və təcili tibbi yardım qrupları cəlb olunub, yaralılar xəstəxanalara yerləşdirilib.

Hüquq-mühafizə orqanları yük maşınının qəzaya uğrama səbəblərini və sürücünün vəziyyətini araşdırır.

Xuraman Etibarlı

İnterpress.az