Çeşmədə SİLAHLI HÜCUM: Dilan Polatın mühafizəçisi Can Polat AĞIR YARALANDI – VİDEObackend

Çeşmədə SİLAHLI HÜCUM: Dilan Polatın mühafizəçisi Can Polat AĞIR YARALANDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Engin Polatın əmisi oğlu və Dilan Polatın mühafizəçisi Can Polata Çeşmədəki bir otelin girişində hücum edilib.

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

İzmirin Çeşmə rayonunda məşhur cütlük Engin Polat və Dilan Polatın ailəsinə yaxın olan şəxsə qarşı silahlı hücum baş verib.

Engin Polatın əmisi oğlu və Dilan Polatın mühafizəçisi kimi tanınan Can Polat mehmanxanalardan birinin girişində naməlum şəxslərin hücumuna məruz qalıb.

Hücum zamanı sinəsindən odlu silahla yaralanan Can Polatın vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə cəlb olunan təcili tibbi yardım briqadaları tərəfindən xəstəxanaya çatdırılan Can Polatın müalicəsi davam etdirilir.

Hüquq-mühafizə orqanları hadisəni törədən şəxslərin müəyyən edilməsi və saxlanılması üçün əməliyyat-axtarış tədbirlərinə başlayıb.

Xuraman Etibarlı

İnterpress.az