Pilot rekord cəhdi zamanı suda boğularaq ÖLDÜ – FOTObackend

Pilot rekord cəhdi zamanı suda boğularaq ÖLDÜ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

S7 aviaşirkətinin pilotu Podmoskovyedə bədbəxt hadisə nəticəsində vəfat edib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Rusiyanın Podmoskovye bölgəsində yerləşən təlim bazasında faciəvi hadisə baş verib. S7 aviaşirkətinin 36 yaşlı pilotu Andrey K. su altında nəfəs saxlamaq üzrə rekord vurmağa çalışarkən həyatını itirib.

Hadisə Domodedovoda, mülki aviasiya pilotlarının təlim keçdiyi mərkəzdə baş verib.

Məlumata görə, pilot suyun altında nəfəsini saxlayarkən huşunu itirib. O, sudan çıxarılan zaman artıq keçinmişdi.

İdmanla aktiv məşğul olan, paraşütlə tullanma, qaçış və üzgüçülüklə maraqlanan pilotun ölümü böyük kədərlə qarşılanıb.

S7 aviaşirkətindən verilən açıqlamada bildirilib ki, pilot təlim prosesində olmayıb, boş vaxtında üzgüçülük hovuzuna gedib və orada özünü pis hiss edib.

Şirkət mərhumun ailəsinə lazımi dəstəyi göstərdiyini bildirib.

Hazırda hadisə ilə bağlı araşdırmalar aparılır, ölümün dəqiq səbəbləri müəyyənləşdirilir.

Xuraman Etibarlı

İnterpress.az