“Lufthansa”nın “Boeing”i Frankfurtda YERƏ ÇÖKDÜ – FOTO/VİDEObackend

“Lufthansa”nın “Boeing”i Frankfurtda YERƏ ÇÖKDÜ – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Frankfurt hava limanında “Lufthansa”ya məxsus təyyarə yerə çöküb.

İnterpress.az xəbər verir ki, bu barədə hava limanının idarəetmə mərkəzi məlumat yayıb.

Almaniyanın Frankfurt hava limanında “Lufthansa” aviaşirkətinə məxsus “Boeing” təyyarəsi gözlənilməz texniki nasazlıqla üzləşib.

Hava limanında dayanacaqda olan təyyarənin ön şassi dayağı qırılıb. Nəticədə təyyarə ön hissəsi üzərində yerə doğru əyilib.

Hadisə zamanı təyyarənin içərisində sərnişin olub-olmadığı və xəsarət alanların olub-olmaması barədə hələlik rəsmi məlumat verilməyib.

Mütəxəssislər qəzanın texniki səbəblərini müəyyənləşdirmək üçün araşdırmalara başlayıblar.

Xuraman Etibarlı

İnterpress.az