Litani çayının şimalında “Hizbullah”ın silah anbarı ƏLƏ KEÇİRİLDİ – FOTOLARbackend

Litani çayının şimalında “Hizbullah”ın silah anbarı ƏLƏ KEÇİRİLDİ – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Litani çayının şimalında “Hizbullah”a məxsus külli miqdarda silah-sursat aşkar edilib.

İnterpress.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

İsrail ordusu Livandakı Litani çayının şimalında həyata keçirdiyi əməliyyatlar zamanı “Hizbullah” qruplaşmasının fəaliyyətinə ciddi zərbə vurub.

İyunun 3-də keçirilən əməliyyat çərçivəsində Kalaşnikov avtomatı ilə silahlanmış bir “Hizbullah” üzvü məhv edilib.

Bundan əlavə, həmin ərazidə onlarla avtomat və tüfəng, “yer-hava” tipli raketlər, döyüş sursatları, qumbaralar və digər hərbi ləvazimatlar aşkar olunaraq götürülüb.

Eyni zamanda, İsrail Hərbi Hava Qüvvələri ötən gecə Livanın cənubunda fəaliyyət göstərən iki “Hizbullah” yaraqlı qrupunun məhv edilməsi üçün aviazərbələr endirib.

İsrail ordusu “Hizbullah”ın infrastrukturuna qarşı bölgədə əməliyyatlarını davam etdirir.

Xuraman Etibarlı

İnterpress.az