Xarkovda quldurluqda şübhəli bilinən şəxs hər iki ayağı gipsdə olduğu halda xəstəxanadan qaçıb
İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Xarkovda quldurluq hücumunda şübhəli bilinərək saxlanılan şəxs qeyri-adi bir yolla polis nəzarətindən yayınıb. Hər iki ayağı gipsdə olan şübhəli, müalicə aldığı xəstəxanadan qaçmağa müvəffəq olub.
Polis əməkdaşlarının apardığı axtarış tədbirləri nəticəsində qaçan şəxs Çuquyev şəhərində yaxalanaraq yenidən nəzarətə götürülüb.
Hazırda həmin şəxsin xəstəxanadan hansı şəraitdə qaçması və xəstəxana heyətinin hadisədə məsuliyyətinin olub-olmadığı ilə bağlı araşdırmalar aparılır.
Xuraman Etibarlı
İnterpress.az






