Süni intellekt heyvanların gizli dilini DEŞİFRƏ EDİRbackend

Süni intellekt heyvanların gizli dilini DEŞİFRƏ EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnsanlar siçanlar, delfinlər və digər heyvanlarla ünsiyyət qura biləcəklər.

İnterpress.az xəbər verir ki, bu barədə CNN elmi araşdırmalara istinadən məlumat yayıb.

Yeni araşdırmalar göstərir ki, heyvanların kommunikasiyası əvvəllər düşünüləndən qat-qat mürəkkəb və zəngindir.

Hazırda alimlər süni intellektin köməyi ilə heyvanların bir-biri ilə ünsiyyət dilini deşifrə etmək üçün fəal iş aparırlar.

Artıq müxtəlif heyvan növləri üzərində əhəmiyyətli nəticələr əldə olunub:

  • Siçanlar: Süni intellekt vasitəsilə 2023-cü ildə qeydə alınan Afrika siçanlarının vokalizasiyaları təhlil edilib.

  • Meymunlar: Şimpanze və bonoboların qışqırıq kombinasiyalarının insan nitqinin sintaksisinə bənzər bir struktura malik olduğu müəyyən edilib.

  • Quşlar: Zebra amadinlərində təhlükə barədə xəbərdarlıq və ac olmaq kimi fərqli mənalar daşıyan siqnallar aşkar olunub.

  • Balinalar və delfinlər: Onların səsli kommunikasiyası üzrə aparılan araşdırmalar 2025-ci ildə “Dulittle” mükafatına layiq görülüb.

  • Karamumlar (Mürəkkəbbalığı): Alimlər bu dəniz canlılarının mürəkkəb jestlər sistemini öyrənirlər.

Alimlərin qarşısındakı növbəti əsas məqsəd insanlar və heyvanlar arasında qarşılıqlı məlumat mübadiləsinə imkan verən ikitərəfli tərcümə sistemlərinin yaradılmasıdır.

Bu texnologiyanın tətbiqi insan və heyvan münasibətlərində yeni bir eranın başlanğıcı hesab olunur.

Xuraman Etibarlı

İnterpress.az