Braziliya yığmasının yeni baş məşqçisi təyin olundubackend

Braziliya yığmasının yeni baş məşqçisi təyin olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Korintians\” klubunun baş məşqçisi Adenor Leonardo Bakki (Tite) rəsmi olaraq futbol üzrə Braziliya yığmasının məşqçisi təyin olunub. Verilən məlumatına görə, bunu klubun prezidenti Roberto de Andrade bəyan edib.

Ötən gün Braziliya yığma komandasının baş məşqçisi Karlos Dunqa istefaya göndərilib. Dunqadan əlavə komandanın məşqçi heyəti də millidən kənarlaşdırılıb. İstefa qərarı Dunqanın federasiya rəsmiləri ilə görüşündə qəbul olunub.

Dunqanın istefası Braziliya yığmasının Amerika Kubokunun qrup mərhələsində mübarizəni dayandırması ilə əlaqələndirilib. Titenin Dunqanı əvəz etməsi barədə artıq bir neçə gün əvvəl məlumat yayılmışdı. (ans)

İnterpress.azhttps://youtube.com/watch?v=umX0FH7zyUc