“Krokus” terrorçularına istintaq təcridxanasında nəzarət gücləndirilib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
“Krokus Siti Holl”da törədilən terror aktında təqsirləndirilən şəxslərə qarşı istintaq təcridxanasında nəzarət gücləndirilib.
Kamera yoldaşları və Federal Cəza İcrası Xidmətinin (FSİN) əməkdaşları onların heç birinin yenidən intihar etməyə cəhd göstərməməsi üçün onlara xüsusi nəzarət edəcəklər.
Hazırda iş üzrə 18 təqsirləndirilən şəxs hökmlə bağlı şikayətlərinə baxılmasını gözləyir.
Məlumata görə, kimsə həyatına qəsd etməyə cəhd edərsə deyə, həm əməkdaşlar, həm də kamera yoldaşları tərəfindən onlara qarşı gizli nəzarət tətbiq olunub.
Təqsirləndirilən şəxslər nəyin bahasına olursa-olsun, hökm qanuni qüvvəyə minənə və koloniyalara göndərilənə qədər ciddi şəkildə qorunacaqlar.
Əlavə olaraq bildirək ki, aprel ayında “Krokus”a hücum edən terrorçuları maliyyələşdirdiyinə görə ömürlük həbs cəzasına məhkum edilmiş 27 yaşlı ekstremist və terrorçu Yusufzoda Yaqubconi kamerasında intihar edib.
2025-ci ilin noyabrında isə Cəbrayıl Auşev hökm oxunmamışdan əvvəl intihara cəhd göstərib.
Auşev könüllü olaraq təslim olub cinayətini etiraf edən yeganə şəxsdir – o, terrorçulara avtomat satmaqda ittiham olunur.
Bildirilir ki, aprel ayında Auşev yenidən özünü öldürməyə cəhd edib.
Xuraman Etibarlı
İnterpress.az






