“Ölü internet” nəzəriyyəsi gerçəkləşib: İlk dəfə olaraq şəbəkədə botlar insanları üstələyib.
İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
“Cloudflare” şirkətinin məlumatına görə, hazırda qlobal internet trafikinin 57 faizi botların, neyroşəbəkələrin və süni intellekt agentlərinin payına düşür, real insanların payı isə qalan 43 faizi təşkil edir.
Bununla da ilk dəfə olaraq şəbəkədə botların sayı real insanları geridə qoyub və “Ölü internet” nəzəriyyəsi reallığa çevrilib.
Əlavə olaraq bildirək ki, şirkətin həmtəsisçisi Metyu Prins botların bu cür üstünlüyünün 2027-ci ildə baş verəcəyini ehtimal edirdi. Lakin mövcud reallıq bütün proqnozları qabaqlayıb.

Xuraman Etibarlı
İnterpress.az






