27 il sonra üzə çıxan HƏQİQƏT: Erməni general intihar etməyib, ÖLDÜRÜLÜBbackend

27 il sonra üzə çıxan HƏQİQƏT: Erməni general intihar etməyib, ÖLDÜRÜLÜB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Artsrun Marqaryanın 27 il əvvəl baş vermiş sensasiyalı qətlinin üstü açılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

İstintaq hərəkətləri nəticəsində Ermənistanın daxili işlər və milli təhlükəsizlik nazirinin sabiq müavini Artsrun Marqaryanın 27 il əvvəl baş vermiş qətlinin üstü açılıb.

Belə ki, onun ölümü ilə bağlı irəli sürülən intihar versiyası aparılan yeni araşdırmalar nəticəsində tamamilə təkzib edilib.

Əlavə olaraq bildirək ki, general-mayor Artsrun Marqaryan 1999-cu il fevralın 9-da odlu silahdan açılan atəş nəticəsində ölü tapılmışdı.

O zaman rəsmi qurumlar onun özünə qəsd etdiyini – əvvəlcə başına, sonra isə ürəyinə atəş açdığını iddia edərək cinayət işinə xitam vermişdilər.

Lakin təqribən 27 il sonra aparılan yeni məhkəmə-tibbi ekspertiza onun ağır yaralandıqdan sonra özünü öldürməsinin fiziki cəhətdən mümkünsüz olduğunu sübuta yetirərək, bunun planlaşdırılmış bir qətl olduğunu təsdiqləyib.

Xuraman Etibarlı

İnterpress.az