Azərbaycanlı gənc öz velosipedi ilə dünyanı gəzirbackend

Azərbaycanlı gənc öz velosipedi ilə dünyanı gəzir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanlı gənc öz velosipedi ilə dünya turuna çıxıb. Verilən məlumatına görə, bir il bundan əvvəl dünya ölkələrini gəzməyə başlayan gənc artıq 11395 km məsafəni qət edərək 9 ölkədə olub.

34 yaşlı Tural Abbasov adlı azərbaycanlı deyir ki, növbəti 3 il ərzində o, bütün dünyanı gəzmək niyyətindədir. Turalın sözlərinə görə, o, bundan əvvəl iki azərbaycanlının yarımçıq qoyduğu işi tamamlamaq istəyir.

\”Məndən əvvəl iki azərbaycanlı gənc də velosipedlə dünya turuna start verib. Amma onlar bütün dünyanı gəzməyiblər. Mənsə bütün dünya ölkələrini gəzmək fikrindəyəm. Tura Azərbaycandan start verdim. Hazırda İndoneziyaya çatıram. 377 gündür ki, yol gedirəm. Sponsorum yoxdur. Özümlə çadır götürmüşəm, lazım olanda ondan istifadə edirəm, yaxud çox ucuz otellərdə, hostellərdə gecələyirəm\”.

Azərbaycanlə səyyah indiyənədək əldə etdiyi nə böyük uğuru “Palmir trakt”ını keçməsi olduğunu deyir. Onun sözlərinə görə, 1400 km-lik yol Tacikistan və Qırğızıstanı birləşdirir. Yolda 10 aşırım var. \”Bəzi hissələri isə təkcə qayalıqlardan ibarətdir. Amma çətinliklərə baxmayaraq mən həmin yolu keçdim və bundan çox məmnunam”.

Tural Abbasov indiyədək ərazisindən keçdiyi ölkələrin adını da bizə açıqladı:

Azərbaycanlı gənc öz velosipedi ilə dünyanı gəzir

Səyahətçi növbəti marşrutunu da açıqlayıb – Avstraliya. Onun sözlərinə görə, iki ölkəni ya okean ya da dəniz birləşdirəndə, o, təyyarə, yaxud gəmidən istifadə edir.
Uzun yolun velosiped kimi nəqliyyatla keçilməsinin çətilikləri də çoxdur. Məsələn, viza. Tural da bu çətinliklərlə qarşılaşıb. \”Bəzi ölkələr üçün viza alanda heç bir problem yaşamadığını, bəzilərində isə proses uzanır. Amma sonra istəyimə nail oluram\”.
Tural deyi ki, onun dünya turuna çıxdığını eşidəndə çoxu fikirləşib ki, yəqin, imkanlı ailənin oğludur. Amma əslində elə deyil.

Azərbaycanlı gənc öz velosipedi ilə dünyanı gəzir

\”Düzdür, mən kasıb deyiləm. Amma imkanlı ailədən də deyiləm. Sadəcə bu günə kimi nə əldə etmişəmsə, öz hesabıma əldə etmişəm. Əvvəllər BP-də işləyirdim, daha sonra Qızıl Aypara cəmiyyətində çalışmışam\”.
Tural ilk səyahətinə vətənindən başladığını bildirdi. \”İlk dəfə Azərbaycanın rayonlarını qarış-qarış gəzdim. Sonra özümə söz verdim ki, bütün dünyanı gəzəcəm\”. (ans)

İnterpress.az