Pişiklər 5 il kin saxlayırlar – ARAŞDIRMAbackend

Pişiklər 5 il kin saxlayırlar – ARAŞDIRMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pişiklər onlara edilən pisliyi 5 il unutmurlar.

İnterpress.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Yaponiyanın Tokay Universitetinin alimləri pişiklər üzərində maraqlı araşdırma aparıblar.

Tədqiqatların nəticələrinə görə, bu ev heyvanları mənfi təcrübələri və incikliyi ən azı beş il ərzində yadda saxlaya bilirlər.

Əgər təsadüfən pişiyin quyruğunu tapdalasanız, onun üzərinə qışqırsanız və ya onu qorxutsanız, ev heyvanınız illərlə sizdən qaça və uzaq gəzə bilər.

Mütəxəssislər izah edirlər ki, pişiklər mənfi və travmatik təcrübələri çox dərindən qavrayır və yaddaşlarında uzun müddət saxlayırlar.

Bu davranış heyvanlarda təbii müdafiə mexanizmi rolunu oynayır və onları potensial təhlükələrdən qorumağa xidmət edir.

Bununla belə, alimlər qeyd edirlər ki, mehriban münasibət və qayğı vasitəsilə pişiyin etibarını yenidən qazanmaq mümkündür, lakin bu, sahibindən böyük səbir və uzun zaman tələb edəcək.

Xuraman Etibarlı

İnterpress.az