Olimpiya “oyunlarının” dopinq qurbanıbackend

Olimpiya “oyunlarının” dopinq qurbanı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlumat verilir ki, bizim dünya və Avropa çempionumuzun adı dopinq-testdə müsbət nəticə göstərən on atletin arasındadır.

Kostova deyib ki, hələlik bir növ məlumatsızlıq içərisindədir: “Beynəlxalq Olimpiya Komitəsinin (BOK) qəti qərarını gözləyirəm. Düşünürəm ki, o, iyunun sonuna kimi elan ediləcək. Biz BOK-un Azərbaycana və keçmiş SSRİ-nin başqa ölkələrinə qarşı \”oyunlarının” qurbanına çevrilməmişik ki?! Hər şey mümkündür. 4 və 8 illik köhnə nümunələrin təkrar yoxlanılmasını ədalətli hesab etmirəm. Amma… heç bir şeyə baxmayaraq, qarşıdakı Olimpiadaya hazırlaşmağa davam edirəm. Ümid edirəm ki, hər şey yaxşı olacaq”.

Xatırladaq ki, yoxlama zamanı Londonda 5-ci yeri tutduğu Olimpiada zamanı Boyanka Kostovanın qanında qadağan olunmuş maddələr- dehidroxlorometil-testosteron və stanozolol aşkar olunub.
10 nəfərlik siyahıda Qazaxıstan, Ukrayna, Rusiya və Belarus nümayəndələri də var.

Onu da qeyd edək ki, Beynəlxalq Ağırlıqaldırma Federasiyası bu idmançıları Beynəlxalq Olimpiaya Komitəsinin son qərarı elan olunana qədər yarışlarda iştirak etməkdən kənarlaşdırıb.
Başqa sözlə, hazırda Boyanka Kostova 2016-cı il Olimpiadasından kənarda qalıb. (virtual.az)

İnterpress.az