Arda mətbuat konfransını tərk edibbackend

Arda mətbuat konfransını tərk edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə mediasından verilən xəbərə görə mətbuatda Arda Turanın bu hərəkəti son dövrlərdə onun haqqında çıxan tənqidi yazılara təpki olaraq qiymətləndirilir.

Futbolçu özü və millinin digər üzvləri haqqında mətbuatda çıxan tənqidi yazıların haqsız və qərəzli olduğunu düşünür.

Mətbuat konfransına milli yığmanın baş məşqçisi Fatih Terimlə birlikdə gələn Arda Turan “ölkəmdə bizlərə təhqir və məsxərəyə qoyma artıq bütün hüdudları keçib. Gənc yoldaşlarımıza bunu etmək haqsızlıqdır” deyib.

Arda növbəti, İspaniya ilə oyun öncəsi həvəssiz və kefsiz olduğunu təsdiq edib. Lakin İspaniya ilə oyunu qazanmaq üçün əllərindən gələni edəcəklərini bildirib.

Futbolçu bu sözlərdən sonra mətbuat konfransının bitməsini gözləmədən salonu tərk edib.

İnterpress.az