“Empire of Geese” QALMAQALI: 24 azyaşlı qorxunc şantajın QURBANI OLUBbackend

“Empire of Geese” QALMAQALI: 24 azyaşlı qorxunc şantajın QURBANI OLUB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşhur kanalın rəhbərləri pedofil şəbəkəsi qurmaqda ittiham olunur.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

“Undertale” və “FNAF” oyunları barədə videolar hazırlayan populyar “Empire of Geese” layihəsinin rəhbərləri yeniyetmələri pornoqrafiya istehsalına məcbur etməkdə ittiham olunurlar.

İstintaqın məlumatına görə, kanalın inzibatçıları illər ərzində azyaşlıları müxtəlif yollarla öz tərəflərinə çəkərək onlardan uşaq pornoqrafiyası əldə ediblər.

Onlar abunəçilərin cihazlarını bloklayan viruslar göndərib, telefon və kompüterlərin kilidini açmaq üçün isə onlardan çılpaq fotolar və videolar tələb ediblər.

Zərərçəkən uşaqlar hər gün təxminən 40 belə intim fayl göndərməyə məcbur ediliblər. İmtina edildiyi təqdirdə isə şantajçılar həmin görüntüləri uşaqların dostlarına və qohumlarına göndərəcəkləri ilə hədələyiblər.

Hazırda hadisədən zərər çəkmiş 11-16 yaşlarında olan 24 azyaşlı müəyyən edilib.

Xuraman Etibarlı

İnterpress.az