Xəbər verilir ki, bunu türkiyəli məşhur futbol şərhçisi Şansal Büyükada söyləyib. Onun sözlərinə görə, hazırda Türkiyə yığmasının daxilində parçalanma yaratmaq istəyən şəxslər var:
“Komanda daxilindən xəbərlər gəlir və əksəriyyəti də doğrudur. Bəzi şəxslər var ki, milli komanda daxilində parçalanma yaradırlar.
Onlar baş məşqçiyə qarşı öz tərəfdarlarının sayını artırırlar. Əgər Fatih Terim 2018-ci il dünya çempionatına getmək istəyirsə, o zaman hazırkı heyətin yarısını özü ilə aparmamalıdır”. (musavat)
İnterpress.az