Monakodan fərqli olaraq Bakı Şəhər Halqası sürət üstünlüyünə malikdir. Bakı trekində saatda 360 kilometr sürət əldə etmək mümkünlür ki, bu, artıq təyyarə sürətinə bərabərdir.
16-jı döngədən 4-cü döngəyə qədər burada düzlük nəzər çarpır. 4-cü döngədən isə çox maraqlı hissə başlayır. Ən dar və dolanbac hissə isə 13, 14 və 15-ci döngələrdir. Burada dəqiqlik tələb olunur. “Red Bull Racing” komandasının rusiyalı pilotu Daniil Kvayt xüsusilə 15-ci döngənin çətinliyindən danışıb. O bildirib ki, Bakı trekini artıq Formulada iştirak etməyən Valensiyanın eyni adlı treki ilə də müqayisə etmək olar.
Yeri gəlmişkən, Rusiyadan Bakıya Daniil Kvaytın çox sayda pərəstişkarı gəlib. 3500 rusiyalı azarkeş Daniil Kvaytı dəstəkləmək üçün paytaxt Bakının qonağıdır. (ans)
İnterpress.az