Uğursuz çatdırılmanın gətirdiyi UĞUR: 56 yaşlı kuryer nüfuzlu mükafata LAYİQ GÖRÜLDÜbackend

Uğursuz çatdırılmanın gətirdiyi UĞUR: 56 yaşlı kuryer nüfuzlu mükafata LAYİQ GÖRÜLDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çində kuryer ölkənin ən nüfuzlu ədəbiyyat mükafatlarından birini qazanıb.

İnterpress.аz xəbər verir ki, bu barədə Çin mediası məlumat yayıb.

Çində gündəlik həyatda kuryer kimi çalışan 56 yaşlı Van Szibin ölkənin ən nüfuzlu ədəbi mükafatlarından biri olan Lu Şun adına ədəbiyyat mükafatına layiq görülüb.

Gündüzlər Kunşan şəhərində yemək sifarişlərini çatdıran kuryerin əsas mövzusu fəhlələrin ağır həyatı və zamanla olan daimi mübarizəsidir.

Vana böyük şöhrət qazandıran isə uğursuz bir çatdırılmadan sonra yazdığı “Tələsən insan” adlı şeiri olub.

Müştərinin yanlış ünvan göstərməsi səbəbindən pilləkənləri bir neçə dəfə əbəs yerə qalxmalı olan kuryerin sosial şəbəkələrdə paylaşdığı bu şeir 26 milyona yaxın baxış toplayıb.

Van ümumilikdə 6 mindən çox şeir yazıb və sətirləri bəzən kiçik kağız parçalarına, bəzən də birbaşa ovcuna qeyd edib.

Nüfuzlu mükafata və bir neçə çap olunmuş şeir kitabına baxmayaraq, istedadlı müəllif ən azı 60 yaşına qədər kuryerlik fəaliyyətini davam etdirmək niyyətində olduğunu bildirib.

Xuraman Etibarlı

İnterpress.аz