Polşada fövqəladə HADİSƏ: Nəhəng avtomobil salonu YANIR – FOTO/VİDEObackend

Polşada fövqəladə HADİSƏ: Nəhəng avtomobil salonu YANIR – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Varşavada “Ford” avtosalonunda güclü yanğın baş verib.

İnterpress.аz xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Polşanın paytaxtı Varşavada yerləşən və ümumi sahəsi 3 min kvadratmetrdən çox olan “Ford” avtomobil salonunda güclü yanğın hadisəsi baş verib.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürən briqada və təcili xidmət əməkdaşları cəlb olunub.

Yerli yanğınsöndürmə xidmətinin bəyanatına əsasən, geniş ərazini əhatə edən alovun tamamilə söndürülməsi istiqamətində gərgin mübarizə aparılır.

Hadisə nəticəsində ölənlər, xəsarət alanlar və yanğının başvermə səbəbləri barədə rəsmi qurumlar tərəfindən hələlik dəqiq məlumat təqdim edilməyib.

Ərazidə lazımi təhlükəsizlik tədbirləri görülüb və araşdırma işləri başladılıb.

Xuraman Etibarlı

İnterpress.аz