Qadın öz qızının toyunda xoşbəxtlikdən az qala öləcəkdi.
İnterpress.аz xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Qızının toy məclisində iştirak edən ana yaşadığı güclü sevinc hissləri səbəbindən ölümün astanasından qayıdıb.
Toy şənliyindən dərhal sonra kəskin sinə ağrısı və təngnəfəsliklə xəstəxanaya çatdırılan qadının ilkin olaraq infarkt keçirdiyi güman edilib.
Lakin dərindən aparılan tibbi müayinələr zamanı pasiyentdə çox nadir hallarda rast gəlinən və yalnız güclü müsbət emosiyalardan qaynaqlanan “xoşbəxt ürək sindromu” aşkarlanıb.
Yaşadığı hədsiz həyəcan və şad xəbər səbəbindən qadının ürəyinin sol mədəciyi müvəqqəti olaraq deformasiyaya uğrayıb.
Həkimlərin müdaxiləsindən sonra qadının vəziyyəti tam stabilləşib. Hazırda o, tamamilə sağalıb və artıq evə buraxılıb.
Mütəxəssislər kəskin neqativ emosiyalar kimi, həddindən artıq güclü müsbət hisslərin də ürək-damar fəaliyyətinə kəskin təsir edə biləcəyini xatırladırlar.
Xuraman Etibarlı
İnterpress.аz






