Elektrik dirəyinə dırmaşan ayı cərəyan vurmasından ÖLDÜ – VİDEObackend

Elektrik dirəyinə dırmaşan ayı cərəyan vurmasından ÖLDÜ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-də elektrik dirəyinə dırmaşan ayını cərəyan vuraraq öldürüb.

İnterpress.аz xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

ABŞ-nin Arizona ştatında heyvanın ölümü ilə nəticələnən qeyri-adi hadisə qeydə alınıb. Yoldan keçən bir sürücü yüksək gərginlikli elektrik naqilləri olan dirəyin zirvəsində nəhəng ayının oturduğunu görüb.

Ayının həmin dirəyə tamamilə sərbəst şəkildə dırmaşdığı təxmin edilir.

Hadisə şahidi dərhal təcili xidmətə (911) məlumat verib, lakin dispetçerlərin artıq vəziyyətdən xəbərdar olduğu aşkarlanıb.

Elektrik şəbəkəsinin əməkdaşları əraziyə gələrək naqillərdəki cərəyanı dərhal kəssələr də, heyvanı xilas etməyə vaxt tapmayıblar.

Yüksək gərginlikli elektrik zərbəsi alan ayı elə dirəyin üzərindəcə tələf olub.

Faktla bağlı yerli qurumlar tərəfindən araşdırma aparılır.

Xuraman Etibarlı

İnterpress.аz